Marketlərdə "xırda pul yoxdur" bəhanəsi: İstehlakçıların hüquqları necə pozulur?
Marketlərdə məhsul etiketlərində 10,99 AZN olaraq göstərilən qiymətlərin kassada 11 AZN olaraq hesablanması istehlakçılar arasında narazılıq yaradır. Bu vəziyyətin əsas səbəbi olaraq kassirlər “xırda pul yoxdur” bəhanəsini göstərirlər.
Minval.info xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələ ilə bağlı açıqlama verib. O, marketlərin istehlakçılardan əlavə gəlir əldə etmək üçün bu cür üsullardan istifadə etdiyini bildirib. Hüseynovun sözlərinə görə, marketoloqlar satışları artırmaq məqsədilə psixoloji taktikalardan istifadə edir və qiymətlərin “…99” formatında göstərilməsi də bu taktikalardan biridir.
“Əgər məhsulun qiyməti 10 manat 99 qəpik olaraq göstərilibsə, o zaman bu məbləğ kassada da eyni şəkildə hesablanmalıdır. Qiymətin 11 manata yuvarlaqlaşdırılması istehlakçının hüquqlarının pozulması deməkdir”, – deyə Eyyub Hüseynov vurğulayıb.
Ekspert əlavə edib ki, bu cür satış üsulları dünyanın bir çox ölkəsində tətbiq olunur. Avropada bəzi mağazalarda qiymətlərin sonundakı 99 qəpik o qədər kiçik şriftlə yazılır ki, alıcı bunu ilk baxışda görmür və qiyməti daha aşağı hesab edir. Hüseynov qeyd edib ki, kassada qaytarılmayan 1-2 qəpik, gün ərzində minlərlə satışda böyük məbləğə çevrilə bilər.
Bununla belə, bu cür hallarda məsələ əksər hallarda inzibati məsuliyyət həddinə çatmır, çünki söhbət çox kiçik məbləğlərdən gedir. Buna görə də bu üsuldan geniş istifadə edilir. Hüseynovun rəhbərlik etdiyi quruma bu məsələ ilə bağlı vətəndaşlardan tez-tez şikayətlər daxil olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çip inqilabı: Yapon nəhəngi 'kioxia' rekord qazanca imza atdı
Avtomobil bazarının yeni rəqibi: Alıcılar niyə onlayn elanlara üz tutur?
Yapon yeni dollar qarşısında ciddi dəyər qazandı
Ter ştegen barselonadan ayaksa transfer olunur
Hansı hallarda xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirilə bilər?
Nərimanovda mənzil alarkən sahəmi, planlaşdırmamı seçməliyik?