Manafzadə ailəsi Türkiyədə “İlin ən yaxşı musiqiçi ailəsi” seçildi
İstanbulda III Azərbaycan Türkiyə Kardeşlik Ödülləri mükafatlandırma gecəsi baş tutub.
Minval.info xəbər verir ki, məqsədi iki qardaş ölkənin ən yaxşılarını seçmək olan gecədə siyasətçilər, iş adamları, idmançılar və sənətçilər mükafata layiq görülüb.
İstanbul Azərbaycan Dostluq Dərnəyinin təşkil etdiyi gecədə “İlin ən yaxşı musiqiçi ailəsi” mükafatına pianoçu İslam Manafzadənin ailəsi layiq görülüb.
Mükafatı ailə adından Azərbaycanın əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə alıb.
Gecədə bildirilib ki, Azərbaycanı dünyada təmsil edən ən önəmli adlardan olan maestro İslam Manafov, pianoçu-bəstəkar Abuzər Manafov və Turan Manafova kimi musiqiçilər yetişdirən ailə konsertləri ilə Türkiyənin də tanıdılmasında rol oynayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər

