Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Avqustun 27-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106016758 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən verilən məlumata görə, hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 95.0044 manat (11%) və 101.83 manat (8,29%) olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.1166 manat (8,57%), orta ölçülmüş qiyməti 101.2211 manat (8,53 %) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 091 000.00 manat yerləşdirilən həcmi isə 20 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 23.08.2022-ci ildir.
Hərrac iştirakçıları avqustun 28-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi