Maliyyə Nazirliyi 4 min manat maaşlı iş təklif edir
Maliyyə Nazirliyi aylıq 4 min manat əməkhaqqı ilə vakant vəzifə üçün müsahibə elan edib. Nazirliyin aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Rəqəmsal media sektorunda aparıcı məsləhətçi vəzifəsi üçün bir yer mövcuddur.
Minval.info xəbər verir ki, bu vəzifəyə namizədlər iqtisadiyyat və idarəetmə, filologiya, tərcümə, jurnalistika, dövlət və ictimai münasibətlər, politologiya, sosiologiya, regionşünaslıq, hüquqşünaslıq və ya beynəlxalq münasibətlər üzrə ali təhsilə malik olmalıdırlar. Həmçinin, müvafiq sahədə ən azı bir il iş təcrübəsi, “MS Office” proqramlarından, ofis texnikası və internetdən orta səviyyədə istifadə bacarığı tələb olunur. Namizədlər ingilis dilini ən azı B1 səviyyəsində bilməli və BA2 sertifikatına sahib olmalıdırlar.
Vəzifəyə qəbul ediləcək şəxsin əsas öhdəlikləri nazirliyin rəqəmsal media üzrə kommunikasiya fəaliyyətinin təşkili, rəsmi internet səhifəsinin və sosial media hesablarının idarə olunması, kontent planlarının hazırlanması və paylaşımların monitorinqini əhatə edir. Həmçinin, müraciətlərin və sosial media fəaliyyətinin gündəlik izlənilməsi, statistik məlumatların təhlili və müxtəlif kommunikasiya materiallarının hazırlanması da namizədin vəzifələri arasında olacaq.
Müsahibə elanı avqustun 17-də yayımlanıb və namizədlər sənədlərini 15 sentyabr saat 18:00-dək təqdim edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anthropic IPO ilə SpaceX rekordunu hədəfləyir
İşçilərin motivasiyası: Maaşdan daha önəmli faktorlar
Rusiyadan Ermənistana buğda və arpa tranziti
Kapital Bank vətəndaşların məlumatlarını qanunsuz əldə edir?