"Maliyyə bazarlarının inkişafı" işçi qrupunun iclası olacaq
Dekabrın 23-də, saat 10:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumatda deyilir ki, iclasda işçi qrupunun əvvəlki iclasının protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumatın verilməsi, işçi qrupunun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyətinin müzakirəsi, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB