07.07.2025 - 12:53
Gündəm
89 baxış
“Mahnımı icazəsiz oxuyub” dedi – Faktlı cavab gecikmədi
Müğənni Cabbar Musayevin “Mərdan mahnımı oxuyan zaman məndən icazə almayıb” sözlərinə qarşı tərəfdən cavab gecikməyib. Minval.info xəbər verir ki, müğənni Mərdan Kazımpv açıqlamasında qeyd edib ki, C. Musayevin sözügedən açıqlamasından sonra onunla danışıb:
“Xəbəri görən kimi Cabbar əmi ilə əlaqə saxladım. Dedi ki, sənin adını unutmuşdum, amma sonra xatırladım. İndiyə kimi heç bir mahnını icazəsiz oxumamışam. Mahnının müəlliflərindən, müəlliflər yaşamırsa, ailə üzvlərindən imzalı icazə alırıq. Çünki çalışdığım şirkət icazə müqaviləsi olmasa, mahnını lentə almır. Cabbar bəylə də studiasında görüşüb, imzalı kağız almışıq. Fotomuz da var. İş genü deyil deyə müqavilə kağızını şirkətdən götürə bilmədim.
Bunu yalnız şirkət istəyir deyə etmirəm, müəlliflərə, zəhmətə hörmətdən edirəm. Hətta mahnıları ifa edən sənət adamları ilə də danışıram, hallalıq alıram”.
Cabbar Musayev də qeyd edib ki, “Başqa birisini sevə bilməzsən” mahnısına icazə verib, hətta müqaviləyə imza atıb:
“Mərdana icazə vermişəm, müqaviləyə də imza qoymuşam. Studiyaya yanıma gəlmişdi, tanış oldum, halallıq verdim. Verilişdə Mərdanın adını unutmuşdum. Məndən icazəni 3 il əvvəl alıb. Gün ərzində o qədər adam icazə istəyir ki. Mərdana halallıq da, icazə də vermişəm. İfasını da dinləmişəm, gözəl rok tərzində ifa edib. Sadəcə qarışıqlıq olub.”.

ƏLAQƏLİ
Bunu da oxu
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
15.10.2026 - 01:43
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38