Mahir soyadını gizlətdi - Foto
Ötən gün Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Axşam.az xəbər verir ki, “Səbail” komandası ilə qarşılaşan “Qarabağ” öz meydanında 4:0 hesabı ilə qalib gəlib.
Oyunda üç qolun sahibi isə son günlər adı atasının soyadından imtina etməsi ilə gündəmdə olan Mahir Mədətov olub.
İnstaqram hesabında soyadını “Əmrəli” olaraq dəyişdirən futbolçu meydanda formasının üstündəki “Mədətov” yazısı ilə oynayıb. Ancaq o, oyunsonrası paylaşımı ilə diqqət çəkib.
Mahir meydandan paylaşdığı fotoda soyadını gizlədib.
Qeyd edək ki, Mahirin atası, prodüser Anar Mədətovla arasında yaranan problemə onun anasından boşanmamış, ikinci dəfə ailə qurması səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı

