Mahir Emreli: "Sensasiya edə bilərdik"
“Bizi maraqlı oyun gözləyir. Rəqibin gücü bəllidir. Bu özü bizim üçün motivasiya olmalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.
22 yaşlı hücumçunun sözlərinə görə, Xorvatiya ilə görüşdə müsbət nəticə qazanmağa çalışacaqlar: “Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdur. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq. Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adı bizim üçün əlavə motivasiyadır.
İlk görüşdə sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndir. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadır. Rəqibin yaxşı günü idi”.
Qeyd edək ki, sabab “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tokio-2020: Azərbaycan paralimpiyaçıları ikinci qızıl medalı qazanıb
Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ
Fatih Terimdən Arda Turan sürprizi
"Qalatasaray" daha bir ulduzun keçidini tamamladı
Qurban Qurbanov Azərbaycan millisinin heyətini açıqladı
Roben “Beşiktaş” klubunu ələ salıb
DÇ-2022: Türkiyə millisi darmadağın olub, Serbiya xal itirib