Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər
“Qarabağ” klubunun futbolçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.
“Report” “Besoccer”ə istinadən xəbər verir ki, ölkənin səviyyəcə ikinci liqasında çıxış edən bir neçə komanda 22 yaşlı hücumçu ilə maraqlanır. Bildirilir ki, Azərbaycan millisinin üzvü 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə görüşlərdə öz keyfiyyətini göstərib.
Oyunçu “Bakı”nın heyətində olarkən “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və Madrid təmsilçisinin bir neçə oyunçusu ilə işləyib. Həmin vaxt “Bakı”nın gənc futbolçuları İspaniya klubunun düşərgəsində qısamüddətli təcrübə keçiblər.
Xəbərdə vurğulanır ki, Emrelinin İspaniyada oynamaq fürsəti yaranıb və o, Liqa 1/2/3-də özünü göstərməyə çalışmalıdır.
Qeyd edək ki, Mahir Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Tottenhem”in futbolçusu evində qarət olunub
MDB Oyunları: Azərbaycan üçüncü pilləyə enib
İquain "Milan"da
Tribunaları bəzəyən rus gözəllər - FOTOLAR
"Real Madrid" Paulo Dibala üçün iki futbolçusunu təklif edir
"Real Madrid" transfer bombasını partladır - 170 milyon avro
ABŞ-da futbolçu məişət zorakılığına görə klubdan uzaqlaşdırıldı