Magistraturaya boş qalan yerlərə qəbul başladı
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi elan edilib. 2026/2027-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan bu proses avqustun 30-dək davam edəcək.
Minval.info xəbər verir ki, ixtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyunda keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılır. Həmçinin bəzi proqramlar üzrə qabiliyyət imtahanı da nəzərə alınır.
Müsabiqə nəticəsində magistraturaya qəbul olmuş, lakin müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməyən bakalavrların ixtisaslaşma üzrə təhsil almaqdan imtina etdiyi hesab edilir və bu bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytına daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib