Madurodan sonra növbə Kim Çen İnə çatdı – Şimali Koreyada müvəqqəti hökumət şoku
Minval.info // Kim Çen İn bu həftə ABŞ prezidenti Donald Trampla Vyetnamda görüş keçirdi.
Ölkə.Az xəbər verir ki, Kim Çen İn Şimali Koreyaya qayıtmağa hazırlaşdığı bir dövrdə “Cheollima” qeyri-hökumət təşkilatı (CCD) özünü Şimali Koreyanın qanuni müvəqqəti hökuməti elan edib.
Şimali Koreyadan onlara sığınan insanlara kömək təklifi edən CCD özlərini “böyük pislik” adlandırdıqları Şimali Koreyanın mövcud rejimini yıxmağa həsr etdiklərini bildiriblər. Təşkilat internet səhifəsində koreyaca və ingiliscə olan uzun bir mətn yayımlayıblar və özlərini Azad Koreyanın qanuni müvəqqəti hökuməti elan ediblər. Kim Çen İnin qardaşı oğlu Kim Han Sol onların qoruyucusudur.
Üzü bağlı bir qadın bildirişi oxuyub:
“Biz özümüzü insan ruhuna bulaşmış böyük pisliyi tamamilə məhv etməyə həsr etmişik. Biz Pxenyana qayıdana qədər mübarizəmizi davam edəcəyik. Koreya müstəqil olmalıdır və olacaq. Ayağa qalx, köləliyi rədd et və ayağa qalx”.
Qeyd edək ki, CDD haqqında çox az şey bilinir və arxasında Cənubi Koreya kəşfiyyatının dayandığı iddia edilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ