Macarıstanın baş nazirinin toxunulmazlığı ləğv edildi
Macarıstan parlamenti baş nazir Peter Madyarın deputat toxunulmazlığının ləğvinə qərar verib. Bu qərar parlamentdə 139 deputatın lehinə səs verməsi ilə qəbul olunub və əleyhinə heç bir səs olmayıb.
Minval.info xəbər verir ki, bu qərar Madyarın mobil telefon oğurlama ittihamı ilə bağlı cinayət işinin başlanmasına yol açır. Baş nazir özü də toxunulmazlığının ləğvini dəstəkləyib və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
İttiham 2024-cü ilin iyununda gecə klubunda baş verən hadisə ilə əlaqədardır. Madyar, onu videoya çəkən şəxsin mobil telefonunu götürərək Dunay çayına atıb. Sonradan polis müdaxiləsi ilə telefon sahibinə qaytarılıb. Baş nazir bu hadisənin ona qarşı təxribat olduğunu iddia edib.
Qərar, Madyarın “Tisa” partiyası və “Bizim Vətənimiz” partiyasının dəstəyi ilə qəbul edilib. Müxalif “Fides – Macarıstan Vətəndaş Birliyi” və xristian-demokratlar isə səsvermədə iştirak etməyiblər.
Bu hadisə, Macarıstan tarixində fəaliyyətdə olan baş nazirin toxunulmazlığının ləğv edilməsi ilə bağlı ilk dəfə baş verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sudanda RSF dron hücumları: 4 mülki şəxs həyatını itirdi
Rusiyanın dron hücumları davam edir: Kiyev körpüsü zərbə aldı
Latviya seçkilərində hakim partiya qalib gəldi, populistlər güc qazandı
Rusiya Kiyevdə körpüyə zərbə endirdi: Almaniya kansleri Merz Ukraynada
İslam alimləri İslami Birləşmiş Millətlər təklif edir
İsrailin hücumlarında 6 fələstinli həyatını itirdi