Macarıstan-Ukrayna oyununda gərgin anlar yaşandı
Macarıstan və Ukrayna arasında Millətlər Liqasının ilk tur matçı 25 sentyabrda baş tutub. Bu gərgin qarşılaşma Ukraynanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Minval.info xəbər verir ki, oyunun sonlarına doğru vəziyyət daha da gərginləşib. Ukraynalı yarımmüdafiəçi Aleksandr Nazarenko, macar futbolçu Raymund Tota qarşı kobud oyuna görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
Bu hadisədən sonra meydanda oyunçular arasında qarşıdurma yaranıb. Nəticədə, ukraynalı futbolçular Viktor Tsıqankov və Nikolay Matviyenko, macar oyunçular Dominik Şoboslay və Miloş Kerkez də sarı vərəqə ilə cəzalandırılıblar.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Bu insidentlər matçın atmosferini daha da gərginləşdirib və hər iki komandanın oyunçuları arasında ciddi mübahisələrə səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib