Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
2021-ci ilin üçüncü rübündə Macarıstanın “MOL Group” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatı sutkada 15,5 min barel neft ekvivalentinə bərabər olub.
Minval.info bu barədə şirkətin hesabatına istinadən məlumat verir. Ötən ilin eyni dövründə hasilat 29,8 kin barelə (48 faiz azalma) bərabər idi.
Şirkət bu ilin birinci rübündə sutkada 20 min barel, ikinci rübündə 18,1 min barel neft ekvavalenti hasil edib.
2020-ci il ərzində hasilat 17,8 min barel/sutka neft ekvivalenti təşkil edib.
Qeyd edək ki, “MOL Group” tərəfindən “Azəri-Çıraq-Günəşli” blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir