Maaşlar niyə qiymət artımına çatmır? – Ekspertlərdən diqqətçəkən təkliflər
Azərbaycanda son dövrlərdə maaşların artmasına baxmayaraq, ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərinin yüksəlməsi vətəndaşların real gəlirlərinə mənfi təsir edir.
Minval.info xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli bu məsələnin səbəblərini və həll yollarını açıqlayıb. Onun sözlərinə görə, maaşların artması ilə qiymətlərin yüksəlməsi eyni məna daşımır. Əməkhaqqı nominal gəliri göstərsə də, insanların real vəziyyətini müəyyən edən əsas göstərici həmin maaşla nə qədər məhsul və xidmət ala bilmələridir.
Akif Nəsirli qeyd edir ki, maaşların qiymət artımından geri qalmasının əsas səbəblərindən biri məhsuldarlığın və iqtisadi gəlirlərin əməkhaqqı artımı ilə eyni sürətlə yüksəlməməsidir. Müəssisənin istehsalı və gəliri ciddi şəkildə artmırsa, əməkhaqqının sürətlə artırılması onun xərclərini yüksəldir və bu xərcin bir hissəsi məhsul və xidmətlərin qiymətinə keçir.
Ekspert, həmçinin, Azərbaycanda bəzi ərzaq məhsulları və xammalın idxaldan asılılığının qiymət artımına təsir etdiyini vurğulayır. Dünya bazarında qiymətlərin, daşınma və logistika xərclərinin yüksəlməsi daxili bazarda da bahalaşmaya səbəb olur.
Akif Nəsirli ərzaq qiymətlərinin sabitləşdirilməsi üçün yerli istehsalın artırılmasını, fermerlərin istehsal xərclərinin azaldılmasını və suvarma, logistika imkanlarının yaxşılaşdırılmasını təklif edir. O, həmçinin sosial baxımdan minimum əməkhaqqı, pensiya və sosial ödənişlərin inflyasiyaya uyğun indeksləşdirilməsinin əhalinin alıcılıq qabiliyyətinin qorunmasına kömək edəcəyini bildirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib