Maaşınızdan tutulmalar: Nəyə diqqət etməlisiniz?
Azərbaycanda əməkhaqqından tutulmalar yalnız qanunvericiliyin icazə verdiyi hallarda həyata keçirilə bilər. İşçinin maaşından vəsait yalnız onun yazılı razılığı ilə və ya qanunla nəzərdə tutulan icra sənədləri əsasında tutula bilər.
Minval.info xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən müəyyən hallarda öz qərarı ilə maaşdan tutulma edə bilər. Bu hallara vergilər, sosial sığorta haqları və digər məcburi ödənişlər daxildir. Eyni zamanda, icra sənədlərində göstərilən məbləğlər, işçinin təqsiri nəticəsində vurulan zərər və ya istifadə edilməmiş məzuniyyət günlərinin ödənişi də tutulma səbəbləri arasındadır.
Əlavə olaraq, ezamiyyə üçün verilmiş avansın istifadə edilməyən hissəsi, mühasibatın riyazi səhvi nəticəsində artıq ödənilmiş məbləğ və təsərrüfat xərcləri üçün verilmiş, lakin vaxtında qaytarılmayan vəsait də tutulma səbəbləri arasında yer alır. Kollektiv müqavilədə nəzərdə tutulan digər tutulmalar və həmkarlar ittifaqı üzvlərinin üzvlük haqları da bu siyahıya daxildir.
Avansın, borcun və ya mühasibat səhvi nəticəsində artıq ödənilmiş məbləğin tutulması həmin hal baş verdiyi tarixdən etibarən 1 ay ərzində həyata keçirilə bilər. Bu müddət keçdikdən sonra həmin məbləğin əməkhaqqından tutulmasına yol verilmir.
İşdənçıxma müavinəti və qanunla vergidən azad edilmiş digər ödənişlərdən tutulma edilə bilməz. Həmçinin, riyazi səhv istisna olmaqla, işçiyə artıq ödənilmiş əməkhaqqının geri tutulması qanunla mümkün deyil.
İşçi yazılı ərizə verdiyi halda, maaşının müəyyən hissəsi kommunal ödənişlərə, bank kreditlərinə və ya digər şəxsi borcların ödənilməsinə yönəldilə bilər. Belə ərizə olmadıqda isə kreditorların tələbi ilə maaşdan tutulma aparılması mümkün deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib