Maarifçi gənclər Qarabağ universitetində: Təhsil və təcrübənin yeni sintezi
IV Maarifçi tələbə-məzun proqramının iştirakçıları Qarabağ Universitetində təşkil olunan infoturda fəal iştirak edərək, tədbirin təşkilinə dəstək göstəriblər.
Minval.info xəbər verir ki, bu infoturda Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi və Xocalı üzrə nümayəndəsi Türkanə Məmmədova, Elm və Təhsil Nazirliyinin Protokol sektorundan Asiman Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsindən Hüseyn Quliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Şirinxanım Şeydayeva iştirak ediblər.
İnfoturun əsas məqsədi ictimaiyyətin Qarabağ Universitetinin fəaliyyəti, təhsil imkanları, müasir infrastrukturu və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olması idi. İştirakçılar universitetin müxtəlif məkanlarını ziyarət edərək, tədris prosesi və tələbə həyatı ilə bağlı məlumatlar əldə ediblər.
Maarifçi proqramının iştirakçıları tədbirin təşkilində fəal rol oynayıblar. Onlar öz təcrübə və bacarıqlarını istifadə edərək, infoturun təşkilati işlərində və iştirakçıların yönləndirilməsində əhəmiyyətli töhfə veriblər. Bu dəstək proqramın yalnız təcrübə qazanmaq deyil, eyni zamanda təhsil sahəsindəki təşəbbüslərə töhfə vermək imkanlarını da nümayiş etdirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib