"Məzardan qorxuram, yaman darısqaldır" - Aybəniz Haşımova
Əməkdar artist Aybəniz Haşımova pərəstişkarlarını hüznləndirib.
Axşam.az xəbər verir ki, son günlər ölüm xəbərlərini çox alan ifaçı paylaşımında məzardan qorxduğunu dilə gətirib.
“Eşidəndə ki, filankəs rəhmətə gedib, çox pis oluram. Hətta bəzi dostlara deyirəm ki, artıq kimsənin ölümünü mənə deməyin. Hətta özümdə sakitcə getmək istəyirəm. İstəmirəm gedişimdən xəbər tutasız. İstəmirəm məni sevənlər üzülsün. Tamaşaçılarım məni doğmalarımdan da artıq sevirlər. Bilirəm ki, onlar mənim gedişimə çox məyus olarlar. Ölümdən qətiyyən qorxmuram. Qorxduğum, məzara qoyulmaqdı. Ordan xoşum gəlmir. Yaman darısqaldır. Mənim kimi bir cahana sığmayanın orda bağrı çatlayar”.
Müğənninin bu paylaşımı izləyiciləri duyğulandırıb. Onlar Aybəniz xanıma cansağlığı, uzun ömür diləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər