Mətbuat katibi direktor təyin olundu
AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatına direktor təyin edilib.
Akademiyadan Minval.info-ya verilən məlumata görə, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.
O, 2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən 2019-cu ilədək AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!