Məşhur “Simpsons” cizgi filmində olan gizli mesajlar - FAKTLAR
Məşhur “Simpsons” cizgi filminin gələcəyə dair proqnozu yenə doğru çıxdı
29 ildən çoxdur ki, davam edən “Simpson” cizgi filmi dünyada ən çox sevilən cizgi filmlərdən biridir. Bu cizgi film bölümlərində gündəmdə olan məsələlərdən söz açması və verdiyi gizli mesajlarla hər zaman diqqətləri öz üzərinə çəkib. Bu mənada “Simpsons” cizgi filminin gələcək barəsində öncəgörmələri dəfələrlə bir çoxumuzu heyrətləndirə bilib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Minval.İnfo xəbər verir ki, sonuncu belə proqnozun reallığa çevrilməsi bundan 2 gün öncə baş verib. 2010-cu ildə çəkilən bölümdə ABŞ millisinin körlinq (Curling) üzrə keçirilən yarışda birinci yeri tutması göstərilir və həmin bölümdə İsveç yığması ikinci yeri tutur. Bundan düz 8 il sonra, bu ilki qış olimpiya oyunlarında öncəgörmə doğru çıxır.
https://www.youtube.com/watch?v=ffUcVd7eNpo
Bu ilk deyil
Bundan öncə isə sözü gedən cizgi film 2000-ci ildə çəkilən bölümdə Trampın prezident olacağını proqnozlaşdırmışdı. Həmin bölümdə Tramp hökümətinin Amerikanı iqtisadi cəhətdən böhrana sürüklədiyi açıq şəkildə bildirilir.
11 Sentyabr faciəsi
Amerika tarixinin ən böyük faciəsi kimi bilinən 11 Sentyabr faciəsinin 1997-ci ildə yayımlanan bölümdə gizli şəkildə proqnozu verilir. Bölümdə “Bart Simpson”un əlindəki jurnalda 9 rəqəmi (9-cu ay olan Sentyabr) və arxasındakı binalardan yaranan 11 rəqəmi diqqətləri çəkir.
Ebola virusu
Bu xəstəlik 2013 və 2014-cü illər arası minlərlə insanın ölümünə səbəb olub. Simpsonların 1997-ci ildə çəkilmiş bölümündə bu xəstəliyə işarət edilir.
“Walt Disney” və “20th century FOX” şirkətləri
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Sözü gedən şirkətlər kinomatoqrafiya tarixində bir çox möhtəşəm filmləri ərsəyə gətirən şirkətlərdir. 2017-ci ildə bu şirkətlər arasındakı razılaşmaya görə “20th century Fox” şirkəti “Walt Disney”in tərkibinə daxil olur. Simpsonlar tərəfindən bu hadisə hələ 1998-ci ildə proqnozlaşdırılır.
“İphone” smartfonu
Hələ ağıllı telefonlar yaranmamışdan öncə sensorlu telefonlardan bölümlərin birində bəhs edilir. 1994-cü ildə çəkilmiş bölümdə “Homer Simpson”un “İphone”a oxşar telefondan istifadə etməsi açıq şəkildə görülür.
Tamerlan Mehdi
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar




