Məşhur futbolçu Ronaldinyonun ölkədən çıxışına qadağa qoyuldu
Braziliyanın “Folha de Sao Paulo” nəşri xəbər verir ki, Braziliyanın hakimiyyət orqanları ölkənin milli yığmasının və İspaniyanın “Barselona” komandasının keçmiş futbolçusu Ronaldinyonun ölkədən getməsini qadağan edib.
Bu qadağa Ronaldinyonun Braziliyada Portu-Aleqri şəhərində apardığı tikinti işləri zamanı ekologiyaya vurduğu ziyana görə 2,3 milyon avro məbləğində cərimə edilməsi ilə bağlıdır. Futbolçu həm də tikinti prosesində meşəyə və torpağa zərər vurmaqda ittiham edilir. 39 yaşlı idmançının ölkədən getməsinə qadağa qoyulmasından əlavə, ona məxsus 57 daşınmaz əmlak obyekti üzərinə həbs qoyulub.
Ronaldinyo Braziliyanın “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, Fransanın “Pari Sen-Jermen”, İspaniyanın “Barselona”, İtaliyanın “Milan”, Meksikanın “Keretaro” komandalarının heyətində çıxış edib. Bu yarımmüdafiəçinin oynadığı son klub Braziliyanın “Fluminense” komandası olub. Bu klubun heyətində o, 2015-ci ildə çıxış edib.
Ronaldinyo “Barselona”nın heyətində (2003-2008) Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionatının və İspaniya superkubokunun qalibi olub. 2008-2011-ci illərdə “Milan”ın heyətində İtaliya çempionatında qalib gəlib. 2004-cü və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyasının versiyasına görə dünyanın ən yaxşı oyunçusu hesab edilib. 2005-ci ildə o həm də o vaxt Avropanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına layiq görülüb. Braziliya yığmasının heyətində Ronaldinyo 2002-ci ilin dünya çempionu, Amerika kubokunun və Konfederasiyalar kubokunun qalibi, 2008-ci il Olimpiadasının bürünc mükafatçısı olub. Milli komandanın heyətində keçirdiyi 97 oyunda 33 qol vurub. (Virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
