Mərkəzi Klinikadan İsa Qəmbərin səhhətilə bağlı AÇIQLAMA
Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.
Minval.İnfo xəbər verir ki, xəstəxanadan report-a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.
Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edir. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur”.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.
İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib