Mərkəzi Bankın müstəqilliyi niyə artırıldı? - Açıqlama
“Azərbaycan Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir. Aaktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. İqtisadi müstəqilliyin verilməsi ilə o qiymətli kağızlar bazarının iştirakçısı ola, yatırım edə bilər. Mərkəzi Bankın müstəqilliyinin olması üstünlükdür”.
Bunu Bakupost.az -a Mərkəzi Bankın müstəqilliyinin artırılması məsələsinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan Mərkəzi Bankı da verdiyi qərarlara, aktivlərin üzərindəki sərəncamlara, götürəcəyi borclara, maliyyə bazarlarındakı əməliyyatlara özü cavabdeh olacaq:
“Mərkəzi Bankların ən böyük xüsusiyyətlərindən biri onun müstəqilliyidir. Beynəlxalq praktikada da bu, belədir. Lakin qiymətli kağızlar bazarının inkişafı təkcə Mərkəzi Bankla mümkün deyil. Bunun üçün iqtisadiyyatda özəlləşdirmə də olmalı, səhmdar cəmiyyətlərin dövriyyəsi artmalıdır”.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə qeyd edib ki, Mərkəzi Bankın müstəqil fəaliyyət göstərməsi bank sektorunda yeni alətlərin tətbiq edilməsinə imkanlar yaradır:
“Ümumiyyətlə, Mərkəzi Bank Azərbaycanda xüsusi statusa malik olan qurumlardandır. Yeni qərarda Mərkəzi Bankın müstəqilliyinin daha da artırılması, eyni zamanda, bir sıra məsələlərdə banklara da müstəqilliyin verilməsi nəzərdə tutulur. Bank filiallarının açılması ilə bağlı qərarın banklar tərəfindən verilməsi asanlaşır. Dünya praktikasına nəzər salsaq, xüsusilə, inkişaf etmiş ölkələrdə Mərkəzi Banklar müstəqildirlər, bu səbəbdən də qanunvericiliyə dəyişiklik edildi. Fikrimcə, Azərbaycanda da Mərkəzi Bankın müstəqilliyinin genişləndirilməsi müasir çağırışlara uyğun olaraq həyata keçirilirməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"