Mərkəzi Bankın baş direktoru istefa verdi
Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov vəzifəsindən istefa verib. O, avqustun 28-dən etibarən öz ərizəsi əsasında işdən ayrılıb. Bu istefa ilə Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.
Minval.info xəbər verir ki, Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda fəaliyyət göstərirdi. İlk olaraq, o, Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. 2010-2013-cü illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini və daha sonra həmin departamentin direktoru kimi çalışıb. 2013-2017-ci illərdə isə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2017-ci ilin dekabr ayından etibarən Mərkəzi Bankın baş direktoru vəzifəsini icra edirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi