Mərkəzi asiyada 4 ölkəni qaraldan qəza: Elektrik enerjisi niyə kəsildi?
Mərkəzi Asiyanın dörd ölkəsində, yəni Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda elektrik enerjisinin verilişində eyni vaxtda fasilələr baş verib.
Minval.info xəbər verir ki, bu kəsintilər təxminən eyni zamanda qeydə alınıb və hadisənin səbəbi qonşu ölkələrdən birindəki elektrik şəbəkəsində baş verən qəza ilə əlaqələndirilir. Özbəkistanın Energetika Nazirliyi, bu qəzanın Mərkəzi Asiyanın vahid enerji sisteminə təsir etdiyini bildirib. Nəticədə, Surxandərya vilayətinin bəzi bölgələrində elektrik enerjisi dayandırılıb. Lakin qəzanın konkret hansı ölkədə baş verdiyi hələ açıqlanmayıb.
Qazaxıstanda isə 500 kilovoltluq üç elektrik xəttində yaranan fasilə səbəbindən Almatı vilayətinin bəzi rayonları işıqsız qalıb. Tacikistanın paytaxtı Düşənbə və digər şəhərlərində də elektrik kəsintiləri müşahidə olunub. Eyni vəziyyət Qırğızıstanın paytaxtı Bişkekin bəzi ərazilərində də yaşanıb.
Hazırda aidiyyəti qurumlar bərpa işləri aparır və elektrik enerjisinin mərhələli şəkildə yenidən verilməsi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib