Mərdəkanın tarixi mülkündə ilanlı həyat: Sakinlərdən şikayət yağışı
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və Azərbaycanın tanınmış neft milyonçularından biri olan Şəmsi Əsədullayevə məxsus tarixi bağ evi hazırda baxımsız vəziyyətdədir.
Bu memarlıq abidəsi, neft bumu dövründə, 1897-1901-ci illərdə inşa edilmişdir. Minval.info xəbər verir ki, mülkün indiki durumu olduqca acınacaqlıdır.
Binanın hər tərəfi aşınmış vəziyyətdədir və artıq 34 ildir ki, burada məcburi köçkün ailələri yaşayır. Sakinlər bildirirlər ki, bu müddət ərzində heç bir dövlət qurumu mülkün vəziyyəti ilə maraqlanmayıb.
Damın yararsız olması səbəbindən yağış yağdıqda mənzillərə su sızır. Sakinlərdən biri vəziyyətlə bağlı narazılığını belə ifadə edir: “Evimizi öz vəsaitimizlə təmir etməyə çalışırıq. Bura o qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb. Aidiyyəti qurumlara müraciət etsək də, heç kim problemlərimizlə maraqlanmır.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yük maşınının dönmə manevri "hyundai"ı necə zədələdi?
28 May" metrostansiyasında yeni dövr: Sərnişinləri nələr gözləyir?