Mərdəkan sakinləri üfunət və həşəratlarla mübarizədə: Tullantı problemi nə vaxt həll olunacaq?
Mərdəkan qəsəbəsində yaşayanlar, məişət tullantılarının qanunsuz şəkildə boş ərazilərə atılmasından narazılıqlarını bildirirlər. Bu vəziyyət, ərazidə yaşayanlar üçün ciddi narahatlıq yaradır.
Minval.info xəbər verir ki, Maarif Musayev küçəsində yerləşən sahə illərdir ki, zibilliyə çevrilib. Ərazi hasarla əhatə olunsa da, hasarın bir hissəsinin dağıdılması tullantıların buraya daşınmasını asanlaşdırır.
Xüsusilə yay aylarında yaranan üfunət qoxusu və həşəratların çoxalması sakinlərin həyat keyfiyyətini aşağı salır. Ərazidə daha əvvəl tullantıların yandırılması nəticəsində yanğın hadisəsi də baş verib. Sakinlər, güclü tüstülənmə ilə müşayiət olunan bu yanğını özləri söndürməyə məcbur olublar.
Sakinlər, problemin həlli üçün ərazinin təmizlənməsini və hasarın bərpa olunmasını tələb edirlər. Aidiyyəti qurumlara müraciətlər edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib