Mənzil alarkən sahə uyğunsuzluğuna diqqət edin
Mənzil alan şəxslərin qarşılaşdığı əsas problemlərdən biri də sahə uyğunsuzluğudur. Bəzi hallarda müqavilədə göstərilən mənzil sahəsi ilə faktiki ölçülər arasında ciddi fərqlər yaranır. Bu vəziyyət alıcıların ödədikləri kvadratmetrin hamısını əldə edə bilməməsinə və maddi itkilərə səbəb olur.
Minval.info xəbər verir ki, əmlak eksperti Elnur Azadov bu problemin Azərbaycanda tikinti sektoru ilə əlaqədar ən ciddi məsələlərdən biri olduğunu bildirib. Ölkədə 2500-dən çox inşa edilmiş binada bu problemin müşahidə edildiyini vurğulayan ekspert, tikinti şirkətlərinin layihələndirmə zamanı mənzil sahəsini çöl divarları ilə birlikdə hesabladıqlarını qeyd edib. Bu səbəbdən müqavilədə göstərilən sahə ilə faktiki sahə arasında fərqlər yaranır.
Elnur Azadovun sözlərinə görə, Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən mənzilin sahəsi hesablanarkən çöl və daxili divarlar, arakəsmələr və havalandırma xətləri ümumi sahəyə daxil edilmir. Lakin tikinti şirkətləri bu elementləri sahəyə daxil etdikləri üçün nəticədə ən azı 15 faiz fərq yaranır. Çıxarış mərhələsində isə balkon sahəsi xüsusi əmsalla hesablandığı üçün fərq daha da artır və sahə təxminən yarıya qədər azala bilir. Bu səbəbdən vətəndaşlar zərər çəkmiş olurlar. Son dövrlərdə bu məsələ ilə bağlı məhkəmə presedentləri formalaşıb və rəsmi açıqlamalarda tikinti şirkətlərinin bu cür qanun pozuntularının kütləvi xarakter aldığı qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu