Mənsimov Türkiyədə müalicə olunan Xalq artisti ilə görüşdü - Fotolar
Azərbaycanlı iş adamı Mübariz Mənsimov bir müddət öncə səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb.
Biznesmen sosial şəbəkə hesabında İstanbulda sənətkarla baş tutan görüşündən fotolarını paylaşıb.
“Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir… Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir…
Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.
Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı… Sizi ayaqda görmək məni çox sevindirdi.
Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”, – deyə M. Mənsimov qeyd edib.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Yalçın Rzazadə Türkiyədə fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər