"Mənim adımdan danışma..." - Paşinyan Boltona kobud reaksiya verdi
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Yerevana səfəri zamanı dediklərinə kobud reaksiya verib.
Minval.info Virtualaz.org-a istinadən bildirir ki, Paşinyan Boltonu onun adından danışmamağa çağırıb. Con Bolton bildirmişdi ki, Paşinyanın növbədənkənar seçkilərdə qalib gəlməsi Qarabağ münaqişəsinin nizamlanması baxımından qəti addımların atılması üçün yaxşı imkan yaradacaq.
“Hərə öz adından danışa bilər. Con Bolton və ya başqası Ermənistan baş nazirinin adından danışa bilməz”, – Nikol Paşinyan bu gün jurnalistlərə bildirib.
Ermənistan rəhbərinin fikrincə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması “Dağlıq Qarabağın və onun əhalisinin, Ermənistan xalqının iştirakı olmadan baş verə bilməz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi