“Mən onların planının qurbanı oldum” – Platini qayıdır
UEFA-nın sabiq prezidenti Mişel Platini yenidən futbola qayıtmaq niyyətindədir.
Qol.az “France Football”a istinadən xəbər verir ki, bu barədə 64 yaşlı fransalı funksionerin özü məlumat verib.
“Harada və necə olduğunu bilmirəm, amma futbola qayıdacağam. Bu axmaq cəzaya dayana bilmirəm. FİFA və İsveçrə prokurorluğunun adamlarının iştirak etdiyi bir planının qurbanı oldum. Ancaq bunun İsveçrə səlahiyyətliləri tərəfindən olduğunu demirəm. Bütün həqiqətlərin yer alacağı kitab yazmaq istəyirəm”, – deyə Platini vurğulayıb.
Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası bu ilin oktyabrında başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı