“Mən ailəyə baxan insanam, onları dolandırmalıyam” - Xəstəlikdən əziyyət çəkən aktyor
Bir neçə həftə öncə məşhur aktyor Allahverdi Yolçuyevin səhhətində ciddi problemlər yarandığı və onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Milli.Az xəbər verir ki, aktyor oxu.az-a intensiv müalicə aldığını bildirib:
“Sağ olsun bizim media əhli. Onların sayəsində xəstəliyimlə bağlı xəbərlər yayıldı. Bir çox klinikalar səsimə səs verdilər. Onlardan birində iki həftə intensiv terapiya keçdim. Nəticədə əllərimin durmadan əsməsi, 20 faiz də olsa, azalıb. Özümü ötən günlərdəkindən daha yaxşı hiss edirəm. Sağlamlığım işimə də birbaşa təsir etdi. İndi yenidən iş başına dönmüşəm. Mən ailəyə baxan insanam. Onları dolandırmalıyam. Ona görə də mütləq işləməliyəm”.
Aktyor Türkiyədə müalicə alarsa, səhhətinin daha da yaxşılaşacağını bildirib:
“Xəstəliyimin müalicəsi Türkiyədədir. Çox istərdim ki, oraya gedib, müalicəmi bütünlükdə alım. İnanıram ki, orada dərdimə dərman tapılar və sağalıb, öz fəaliyyətimi saha sağlam şəkildə davam etdirərəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər