Məleykə abbaszadədən abituriyentlərə: İxtisas seçimi zamanı bu mənbələrə güvənin!
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, abituriyentlərə ixtisas seçimi mərhələsində rəsmi məlumat mənbələrindən istifadə etməyin əhəmiyyətini vurğulayıb.
Minval.info xəbər verir ki, Abbaszadə sosial şəbəkə üzərindən etdiyi paylaşımda, ixtisas seçiminin ali təhsil yolunda ən məsuliyyətli qərarlardan biri olduğunu və bu qərarı düzgün vermək üçün etibarlı mənbələrə müraciət etməyin vacibliyini bildirib.
O, “Abituriyent” jurnalının 4-cü nömrəsinin yaxın günlərdə nəşr olunacağını və bu jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası və digər vacib məlumatların yer alacağını qeyd edib. Bu məlumatların abituriyentlərə daha düşünülmüş və düzgün qərar vermələrinə kömək edəcəyini vurğulayıb.
Məleykə Abbaszadə, jurnalda yer alan psixoloq tövsiyələrinin də oxunmasını məsləhət görüb. Bu tövsiyələrdə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir və maraq, bacarıq, dəyərlər və real imkanlarınızı birlikdə qiymətləndirərək öz peşə xəritənizi necə formalaşdıra biləcəyiniz göstərilir.
O, həmçinin jurnalın Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada hazırlandığını və burada hər iki bölmə üzrə qəbul aparılan ixtisasların təqdim olunduğunu bildirib.
Paylaşımının sonunda DİM sədri abituriyentlərə uğurlar arzulayıb və onlara düşünülmüş və gələcəklərinə doğru istiqamət verəcək ixtisas seçimi etmələrini diləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib