Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı, dərsdən sonra açıb buraxdı"
Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Zəhra Fərəcova iddia edir ki, təhsil müəssisəsində xoşagəlməz hadisə ilə üzləşib.
Şagirdin sözlərinə görə, təsviri incəsənət fənnini tədris edən Etibar adlı müəllim ona və digər sinif yoldaşına zorakılıq tətbiq edib:
“Müəllim əvvəl oğlanları dərsə çıxartdı, onlar danışa bilmədilər. Sonra məni çağırdı, mən dərsi yavaş-yavaş izah edirdim. Birdən oğlanın kəmərini çıxarıb yanımdakı türk qızla məni bağladı. Dərsdən sonra bizi açıb buraxdı. Hamı ondan çox qorxur. Qızlara təpik vurur, təhqiramiz ifadələr işlədir. Müəllimə dedim ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəyəm. Cavab verdi ki, kimə istəyirsən, şikayət et. Uşaqlar da dedilər ki, heç kim ona heç nə edə bilməz”.
Məsələ ilə bağlı Babək Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib