24.01.2018 - 19:25
Ölkə
19 baxış
Məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq öldü
Qəza zamanı azyaşlı elə hadisə yerindəcə keçinib
Sumqayıt şəhərində məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb.
Hadisə şəhərin 12-ci mikrorayonda, 21 nömrəli tam orta məktəbin qarşısında baş verib. Belə ki, 39 yaşlı Bəsdi Tanrıverdiyeva və 8 yaşlı qızı Fidan Tanrıverdiyeva Sumqayıt şəhər 21 nömrəli məktəbdən çıxarkən onları avtomobil vurub.
Qəza zamanı azyaşlı elə hadisə yerindəcə keçinib. Yaralı ana dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (report)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03