11.02.2018 - 20:59
Gündəm
88 baxış
Məktəbdə intim videosu yayılan şagirdin babası ermənilərdən 40 kənd alıbmış - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi ilə 7-ci sinif şagirdinin intim videosu yayılıb.Minval.İnfo xəbər verir ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Haqqın.az videodakı 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğunu bildirib. Ancaq Dadaş Rzayevin xanımı Ayişə Rzayeva bunu təkzib edib: ” Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil.”
“AzPolitika.info” dəqiqləşdirib ki, videodakı 11-ci sinif şagirdi R.C. sabiq müdafiə nazirinin deyil, müdafiə nazirinin sabiq müavinin nəvəsidir. Daha dəqiqi, Dadaş Rzayevin deyil, müdafiə nazirinin sabiq müavini, mərhum general-mayor Zaur Rzayevin nəvəsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38