Məktəb stadionunu kim SATIB? - Bələdiyyə sədri TAPILMIR - FOTO
Xəbər verildiyi kimi Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb. Söhbət 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılan 0,22 hektarlıq stadionundan gedir. Məktəbin ərazisinin hansısa vəzifəli şəxslər tərəfindən satışa çıxarıldığı bildirilir. Hətta ərazinin məktəbin balansından çıxarılması üçün saxta sənədləşmə işlərinin də aparıldığı deyilir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayev məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını deyib:
“Həmin ərazi məktəbin balansındadır. Satılıb-satılmamasını dəqiqləşdirmək üçün kənd bələdiyyə rəhbəri axtarırıq, tapa bilmirik. Əməkdaşlarımızı məktəbə göndərmişik, həmin stadionun ərazisi ölçülür. Yəni, hazırda o işlə məşğuluq. Satılıb-satılmaması ilə bağlı dəqiq məlumat veriləcək”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sərnişinlə dolu avtobus dərəyə aşdı: Xəsarət alanlar var - FOTO
Hüseyn Abdullayev ölüm aclığına başlayıb
Bürclər - 17 iyun
Yağışlı havada baş verən dəhşətli qəzalar – YENİ REAL VİDEO
Karantin rejimi 30 sentyabra qədər uzadıldı
Ermənilər sərhəddə yenidən təxribat törətdi (RƏSMİ)

