Əməkdar artist oğlunun aktrisa ilə nişanlanmasından danışdı
“Verilişlərə getmirdim. Kanallar məndən inciməsinlər. Şəhidlərə görə heç yerə çıxmırdım”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “Günün sədası” proqramında deyib. Aktyor oğlu İbrahim Çingizin aktrisa Aydan Axundzadə ilə nişanlanmasından bəhs edib:
“İbrahimin öz seçimidir. Biz də razılaşdıq. Çünki İbrahimin tərbiyəsi aşıb-daşır, ciddi, başqa övladdır. Artıq zarafat sevməz. Mənə yox, anasına oxşayıb. Pandemiya bitsin, toy edəcəyik. İndi biz də qaydalara riayət edirik.
Böyük nişan olmayıb. İki ailə arasında bir söhbət oldu. “Həri” üçün getdik. Onlara bir ata kimi xoşbəxtlik arzulayıram. Onların arxasında dayanmışam. Aydanın da gözəl ailəsi var. Gecə saat 2-3-də ayılıram ki, telefonla danışırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər