Məhkəmə Ramil Məliklə Məleykə Əsədova barədə qərar verdi
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.
Minval.İnfo Report-a istinadən xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki iddia təmin edilməyib.
M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: “Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək”.
Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.
R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Kəpəz" klubunda mühafizə rəisi veteran futbolçunu döydü
Kadir İnanırın miras qalmaqalı: qardaşı oğlu itmiş saatları axtarır
Mustafa Sarıgülün ailəsindəki qalmaqal: İntim videolar yayıldı
Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi