“Məğlubiyyətdən məğlubiyyətə fərq var” - Rəşad Sadıqov
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Linfild”lə keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, oyunun gərgin keçdiyini bildirib:
“Oyunun sonu çox gərgin keçdi. Erkən qoldan sonra daha çox top saxlamağa çalışdıq. Çünki rəqib əks-hücumlara çıxmaq istəyirdi. Biz də ilk oyundan sonra dəqiq analiz etmişdik. Ehtiyatlı davranırdıq”.
Kapitan APOEL-ə Bakıdakı məğlubiyyətin və “Linflid”ə səfər oyunundakı məğlubiyyətin psixoloji təsirinin bu gün özünü göstərdiyini bildirib: “Məğlubiyyətdən məğlubiyyətə fərq var. Bir var ki, üstün olub uduzasan, bir də zəif oynayıb uduzasan. Ardıcıl iki oyunda üstün olub uduzmaq psixoliji təsir yaratmışdı. Bugünkü oyunda bu hiss olundu. Lakin yaxşı bitirdik”.
Sadıqov qrupdan çıxmaq haqqında fikirlərini də deyib: “Qrupdan çıxmaqdan çox, hər oyunu ayrı-ayrı düşünməliyik və final kimi yanaşmalıyıq. Ümid edirəm ki, uğurlu nəticələrə nail olacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı