“Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük” - Qurban Qurbanov
“Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük”.
Bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Şerif”lə oyun ərəfəsində deyib.
Q.Qurbanov qeyd edib: “Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq”.
Baş məşqçi vurğulayıb ki, komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir: “Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük”.
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin cavab matçında bu gün “Qarabağ” Moldova “Şerif”ini qəbul edəcək. İlk oyunda qonaqlar minimal hesablı qələbə qazanıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı