Mədət Quliyev və Elnur Məmmədli birlikdə cüdo üzrə master-klass keçib

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb.
DTX-nin İctimai əlaqələr mərkəzindən Minval.İnfo-ya verilən məlumata görə, hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır.
Həmçinin əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir