Mədəniyyət Nazirliyində yeni təyinat
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Nazirlikdən “Minval”a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə bu vəzifəyə Cavid Əliyev təyin edilib.
Cavid Əliyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində “Avropa hüququ” ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib.
Əmək fəaliyyətinə 2012-ci ildə “Azərsu” ASC-nin Hüquq Departamentində hüquq məsləhətçisi kimi başlayıb. “Nobel Oil Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquqşünas (2016-2017) vəzifəsində fəaliyyətini davam etdirib. “Azərsu” ASC-də Beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində (2017-2019) işləyib.
Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.
C.Əliyev Korrupsiyaya qarşı mübarizənin idarəolunması üzrə beynəlxalq təlimin, layihələrin idarə edilməsi və digər sahələrlə bağlı beynəlxalq tədbirlərin iştirakçısı olub. İngilis, rus, türk dillərini bilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi