Mədəniyyət Nazirliyindən açıqlama: “Bəzi müğənnilərə efir qadağası qoyula bilər”
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin toy müğənnilərinin efirə çıxarılmasına qadağa qoyulması barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bəzi sənət adamları onun düşüncələrinə qoşulsa da, xalq artistinin fikirlərinə qarşı çıxanlar da az olmayıb. Bir çox müğənni gəlirinin toydan olduğunu bildirib və bu cür addımı haqsızlıq adlandırıb.
Bəs, Mədəniyyət Nazirliyi müzakirələrə səbəb olan mövzu ilə bağlı hansı addımı atacaq? Həqiqətən, toy müğənnilərinin efirə çıxarılması qadağan ediləcəkmi?
Musavat.com mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat sözçüsü İntiqam Hümbətovla əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, müğənnilərin efirə çıxması ilə bağlı bir çox tədbirlər görüləcək: “Prezident İlham Əliyev ilə incəsənət xadimlərinin görüşündə televiziyaların durumu barədə məlumat verildi. Televiziyalarla bağlı prezident tapşırıq verib. Mədəniyyət Nazirliyi də daxil olmaqla bir neçə qurum bu məsələ ilə bağlı tədbirlər görəcək. Artıq təkliflər planı hazırlanır, tezliklə ictimaiyyətə təqdim olunacaq”.
İ.Hümbətov son günlər müğənnilərin qalmaqallarla gündəmə gəlməsi və bir-birini təhqir etməsinə isə belə münasibət bildirib: “Nazir Əbülfəs Qarayev ilə jurnalistlərin görüşündə müğənnilərin mədəniyyəti, davranışı barədə sual ünvanlamışdı. O da öz fikirlərini bölüşmüş, məsləhətlərini vermişdi. Nazirin məsləhətlərinə kimisi əməl edir, kimisi etmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağamirzə: "Ağakərimin ölməsi barədə məlumatlar yalandı"
“Kitabı kinodan çox sevdim… Heyif, o cavanlıqdan…” - Məşədi İbadın Gülnazı
Frida Kalonun bu əsəri 59 milyona satıldı - Foto
“İki Şəhərin Yazıları” kitabının təqdimat günü keçiriləcək
Xalq artistinin nəvəsi gənc yaşda vəfat etdi
"Fulya" filmi çəkilir