Mədəniyyət Nazirliyi, xaricdə çəkilən aktyorları orda niyə görmürük?
“Mən 2014-cü ildən etibarən Azərbaycanla yanaşı xarici ölkələrdə də çəkilirəm. Bura Türkiyə, Gürcüstan, Rusiya və Özbəkistan aiddir. Bu 11 ildə hər şeyi özüm etmişəm və təbii ki, şəxsi agentim Sabuhi Mammadov . Uzun-uzadı danışıqlar, vəsait xərcləyərək çəkib göndərdiyimiz sınaq çəkilişləri, PR və s. və ilaxır. Heç kimdən də heç nə ummamışam, istəməmişəm. Ölkəmi və dövlətimi də layiqincə təmsil etmişəm bir aktyor, bir sənətçi kimi. 11 ildə olduğum hər yerdə kinomuzu tək canıma təbliğ etmişəm”
Minval.info xəbər verir ki, bu sözləri aktyor Sənan Ellez sosial media hesabında yazıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
O, Mədəniyyət Nazirliyi və ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) ilə bağlı narazılığını bölüşüb:
“Mədəniyyət Nazirliyi və ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) dayanmadan xarici ölkələrdə kino günləri və kino ilə bağlı tədbirlər keçirir. Yaxşı edir, görək nəticəsi nə olacaq, gözləyək… Amma ölkəsində tək-tük xaricdə çəkilən aktyor var ki, onları biz nədənsə həmin tədbirlərdə görmürük. Niyə?
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Məsələn, bu il Tiflisdə kino ilə bağlı tədbir keçirildi. Mən 2016-da Gürcüstanda baş rolda çəkilmişəm. Təbii ki, mənimlə bərabər digər aktyor həmkarkarım da çəkilib. Suallarım var.
Niyə bu filmdən heç kim ora dəvət olunmadı?
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
O kinodan kimləri dəvət etmisiniz ora?
Gürcüstanda neçə Azərbaycan filmi çəkilib? Gürcüstanla Azərbaycanın nə qədər film əlaqələri var ki, əgər bu körpü hələ ki, “Köşk” dən ibarətdirsə?
Daha sonra Türkiyədə tədbirlər olur. “Qorqud ata” festivalı və digər kino ilə bağlı görüşlər, tədbirlər və s. Niyə bu gün Azərbaycanda görünən, əsas işi olan aktyorları aparmırsınız? Siz blogerlərdən başqa heç kimi tanımırsınız?
ƏLAQƏLİ
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Mən gedənlərə heç nə demirəm, yaxşı edirlər, amma niyə onların yanında digərlərini görmürsünüz?
Deyə bilərsiniz ki, bəlkə, xəbərləri yoxdur? Var! 1 ay əvvəl ARKAdan zəng etdilər ki, Türk dünyasında çəkilən aktyor kimi adınızı qeyd edirik. Dedim, gün ha tərəfdən çıxıb? Amma bir az keçdi və nəticə onu göstərdi ki, “gün yenə də çıxmayıb”…
Deməli, noyabrın 12-dən Daşkənddə Azərbaycan kino günləri keçirilir. Mənə özbək rejissor dostum zəng edib ki, niyə yoxsan? Axı müstəqil Azərbaycan tarixində Özbəkistanda çəkilən hələki yeganə aktyor sənsən. Qeyd edim ki, 2025-ci ildə, yəni, bu il mən Özbəkistanda “Cənab prokuror” filmində baş rolda çəkildim, bir də qeyd edim ki, özbək rolunu ifa etdim. Filmin rejissoru Rüstəm Saqdiyev, ssenari müəllifi Nadir Şəmsdir.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
İndi soruşuram, sizcə mən Azərbaycan kino günlərində iştirak etməyə laiq deyiləm?
Mən ölkə kinosunun ordakı simasıyam. Necə düşünürsünüz, sizin borcunuz deyilmi məni ora dəvət etmək?
Mənə maraqlıdır, Azərbaycan aktyoru başqa nə etməlidir ki, xaricdə keçirilən mədəniyyət və kino günlərində, öz peşəsi ilə bağlı tədbirlərdə öz ölkəsini təmsil etsin?
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ümumiyyətlə, siz xaricə sənət adamlarını aparanda hansı kriteriyalarla aparırsınız?
Nə vaxta qədər şəxsi münasibətlər zəmnində, şəxsi çevrələrin seçdiyi adamlar gedəcək?
Nə vaxt sənət adamına obyektiv gözlə baxacaqsınız?
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Kriteriyalar nədir? Mənə onu deyin. Hansı kriteriyalara kimlərsə cavab verir, biz cavab vermirik?
Bir də seçənlər kimdir, təsdiq edənlər kimdir? Bu da maraqlıdır. Kim seçir, kim təsdiq edir bu adamları? Və təsdiqləyən adamların sualı yaranmırmı, niyə bu, niyə o?
ƏLAQƏLİ
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Qeyd edim ki, mən öz ölkəmizdə də az iş görməmişəm. 15 bədii filmdə əsas və baş rolları oynamışam. Bu il baş rollardan birini canlandırdığım “Tağıyev: Çar” və “Tağıyev: Sona” filmlərinin premyerası olub və bu filmlər hazırda ölkənin bütün kinoteatrlarında yayımdadır. Rusiyanın NTV kanalında mən və digər Azərbaycanlı həmkarlarımın çəkildiyi “Konstantinopol” çoxserialı bədii filminin bir neçə gün əvvəl premyersı oldu və hazırda nümayiş olunur. Perspektivdə yenə xarici layihələr var. Çəkilmişəm, çəkilirəm yenə də çəkiləcəyəm. Hazırda iki televiziya serialında eyni anda çəkilirəm, Dövlət televiziyasında intellektual veriliş aparıram. Azərbaycan Radiosunun Ali dərəcəli Diktoruyam. Hətta, öz sosial şəbəkə səhifələrimdə mən Azərbaycanın tarixi şəxsiyyətləri, mədəniyyəti ilə bağlı bloq aparıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı