Lukaşenko da İlham Əliyevi təbrik etdi
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkənin regionda mühüm rolu və beynəlxalq arenada artmaqda olan nüfuzu Sizin həyata keçirdiyiniz sabit, öz mənafelərini uğurla müdafiə edən güclü dövlətin yaradılmasına yönəlmiş kursun səmərəliliyini şəksiz sübut edir.
Əminəm ki, Minsk ilə Bakı arasında səmimi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlıq yeni perspektivli layihələr və təşəbbüslərlə zənginləşərək möhkəmlənəcək və genişlənəcək.
İcazə verin, mənim bu yaxınlarda baş tutmuş səfərim zamanı qonaqpərvər Azərbaycan torpağında səmimi qəbula və etimada əsaslanan dostcasına söhbətlərə görə Sizə bir daha təşəkkürümü bildirim.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi