Lukaku türkcə öyrənir: Fənərbağça azarkeşlərinə 3 ayda sürpriz!
Romelu Lukaku, Fənərbağça azarkeşlərinə verdiyi sözlə diqqət çəkib. O, futbol bacarıqları ilə yanaşı, dil öyrənmə qabiliyyəti ilə də fərqlənir.
Minval.info xəbər verir ki, 8 dil bilən belçikalı hücumçu, İstanbul klubuna transferindən sonra türkcə öyrənmək niyyətində olduğunu açıqlayıb.
Lukaku, klubun “YouTube” kanalına verdiyi müsahibədə, türkcəni 3 ay ərzində öyrənərək danışmaq istədiyini vurğulayıb. “Türkcəni öyrənməyi çox arzulayıram. Dostlarımla bu barədə danışmışam və dərslərə başlamağı planlaşdırıram. İlk 3 ayda bu hədəfə çatmaq istəyirəm. Bu, mənim üçün çətin olacaq, amma mən tez öyrənirəm. Türkcə danışacağam. Həm də 3 aya! Bu, rekord olacaq”, – deyə Lukaku bildirib.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
UEFA-nın futbolçu haqqında hazırladığı profildə, Lukakunun niderland, fransız, ispan, portuqal, linqala, ingilis və italyan dillərində danışdığı, alman dilini isə başa düşdüyü qeyd olunur.
Belçikalı futbolçu İstanbula gəldikdən sonra azarkeşlərlə türkcə ünsiyyət quraraq “Sarı, lacivert, şampiyon, Fənər” ifadələrini səsləndirib.
Lukakunun bu açıqlaması, Türkiyədə uzun müddət çıxış edən, lakin türkcə müsahibə verməməsi ilə tənqid olunan Fernando Musleranı da xatırladıb. Muslera, bu vəziyyəti “Qalatasaray” kapitanı kimi danışarkən yanlış anlaşılmaq istəməməsi ilə izah etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib