“Lotu Quli” Türkiyə mafiyasının lideri ilə bir arada - FOTOLAR
İstanbulda məşhur kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Pekerlə bir araya gəlib.
Minval.İnfo xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto qısa zamanda böyük marağa səbəb olub. Ancaq görüşün hansı səbəbdən baş tutduğu məlum deyil. Amma bilinən budur ki, “Lotu Quli” azadlığa çıxdıqdan sonra köhnə dostları və tanışları ilə bir araya gəlmişdi. Bunların arasında Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Peker də var idi.
İddia edilir ki, İstanbulda mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Loqu Quliyə sui-qəsd hazırlandığı və bu işə görə onlarla mafiya üzvünün həbs edilməsinin ardından maraqlı olay baş verib. Quliyə qarşı sui-qəsd planının hazırlanması işinə görə Türkiyənin ən məşhur mafiya başçısı Sədat Pəkər ondan üzrxahlıq edib.
Bildirilir ki, Namiq Canıyevin sui-qəsdi sifariş verməsi üçün İstanbulda görüşdüyü və onunla birlikdə həbs edilən “Şirinlər” mafiya qruplaşmasının üzvləri ölüm sifarişini aldıqları şəxsin Lotu Quli olduğunu bilməyiblər. Onlar ölüm işinə görə vəd olunan yüksək məbləğə şirnikib, bu addımı atıblar. Bunu Nadir Səlifova şəxsən mafiya başçısı Sədat Pəkərin çatdırdığı və üzrxahlıq ifadə etdiyi iddia edilir. O, Lotu Quliyə çatdırıb ki, İstanbulda “Şirinlər” dəstəsinin üzvlərinin adının belə bir işə qarışmasından məyusdur.
Yayılan fotolar bir daha bunu sübut edir ki, onların arasında olan heç bir ədavət yoxdur və məsələ həll edilib. “Qanuni oğru” Nadir Səlifov hazırda isə o İstanbulda yaşayır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Məşğulluq Agentliyinə yeni departament müdiri təyin olundu
Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verilib
Miri Yusif öz rekordunu yenilədi
Nigar Şabanova ilə Vasif Əzimov diqqət mərkəzində
“Ritual etdim, ərə gedəcəyəm” deyən astroloqun toyudur
Ruslan Əhmədoğlunun ölümündən öncə yazdığı son bəstə - Video
Elnarə tələbələri ilə “Musiqili Bakı”da oxudu – Fotolar


