“Lotu Quli” sərbəst buraxıldı
Bu dəqiqələrdə Türkiyədəki qaynaqlardan əldə etdiyimiz məlumata görə “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.
Virtualaz.org xəbər verir ki, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.
Məlumata görə məhkəmə “Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə “Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!
Bakıda ata və qızı kürəkəni qətlə yetirdi
Türkiyədə narkotik əməliyyatı: Məşhurlar saxlanıldı