UEFA prezidenti Bakıya görə ingilisləri sərt tənqid etdi
UEFA prezidenti Aleksandr Çeferin Bakıda keçirilən Avropa Liqasının finalından danışıb.
Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, İngiltərənin Oksford Universitetində çıxışı zamanı ingilisləri tənqid edib.
Qurum rəhbəri bildirib ki, hansı turnirdə ingilis klubları varsa, orada narazılıq yaranır:
“İlyarım əvvəl finalın Bakıda keçirilməsinə dair qərar qəbul etdik. Orada 70 minlik müasir stadion var. Hansı ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. “Niyə final matçını Bakıda keçirdiniz”, deyə soruşsaydılar, cavab verərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar. Onlar saat fərqi ilə əlaqədar oyunu axşam saat 11-də izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar. Amma hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Millimiz FİFA reytinqində irəlilədi
Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi tarix bilindi
"Partizani"nin bu qədər müdafiədə oturacağını gözləmirdik - Qurban Qurbanov
"Liverpul" daha bir türk transfer edir
"Dinamo" bir futbol klubundan daha çox şey deməkdir" - Mahir Emreli
Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verdi